Liviyadakı xaosa görə cavabdeh mən deyiləm.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton teledebatlardan birində çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, ABŞ bu ölkəyə kömək üçün çox işlər görüb. O bu qərarın prezident tərəfindən qəbul edildiyini bildirib.
Qeyd edək ki, 2011-ci ildə ABŞ-ın müdaxiləsindən sonra Liviya lideri Müəmmər Qəzzafi devrilib. Həmin dövrdə Klinton ABŞ-ın dövlət katibi vəzifəsini tuturdu.
ABŞ Prezidenti Barak Obama isə bir müddət öncə mətbuata açıqlamasında Liviyada Qəzzafinin devrilməsinin özünün prezidentliyi dövründə ən böyük səhvi olduğunu etiraf edib.