Türkiyənin məşhur müğənnisi Ferhat Göçer “Kızım” adlı mahnısı ilə bağlı maraqlı açıqlama verib.
Milli.Az “Sözcü”yə istinadən xəbər verir ki, “Ünlüler Bulvarı” adlı şou-proqramda qonaq olan Ferhat Hadise ilə bağlı heç yerdə bilinməyən gerçəyi açıqlayıb.
Məgərsə sözügedən mahnı Hadise üçün yazılıb.
“İndi oxuduğum “Kızım” mahnısı Hadise üçün yazılıb. Bir gün mən, Ömür Gedik, Sinan Akçıl və Hadise birlikdə idik. Bu mahnını dinlədik və hamımız təsirləndik. Bu mahnı Hadiseyə yazılmış musiqidir. Daha doğrusu, Hadisenin atasına…”.