Aprelin 11-də Ukrayna Milli Polisinin cinayət axtarış deprtamentinin əməliyyatçıları Kiyevdə Ermənistan vətəndaşı, kriminal aləmdə “Rafik Yerevanski” ləqəbi ilə “qanuni oğru” kimi tanınan Rafik Amoyanı saxlayıblar. Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, həmin gün Dövlət Miqrasiya Xidməti “Rafik Yerevanski”nin 5 il Ukrayna ərazisinə gəlişinin qadağan olunması haqda qərar qəbul edib.
Rafik Amoyan aprelin 11-də “Borispol” hava limanından Ermənistana uçub. O, Ukraynaya bir neçə gün əvvəl gəlib.
Amoyanın Qafqaz regionundan olan mütəşşəkil cinayətkar qruplaşmaların cinayət fəaliyyətinə nəzarəti təşkil etməyə cəhd göstərib. O, dəfələrlə həbs edilib. İlk dəfə 1979-cu ildə Ermənistanda, sonuncu dəfə – 2011-ci ildə Rusiyada məhbus həyatı yaşayıb. Onun həbsinə səbəb soyğunçuluq, xuliqanlıq, silahla qanunsuz əməliyyat və narkotik olub. Amoyan üst-üstə 25 il həbsxanada yatıb.
Rafik Amoyan Moskvanın mərkəzində öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qohumudur.