O, hadisə yerindəcə keçinib.
Bakıda gənc qız intihar edib.
Oxu.Az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Bölməsindən “Qafqazinfo”ya verilən məlumata görə, Şərifzadə küçəsində yerləşən yaşayış binalarından birində intihar hadisəsi baş verib.
Təxminən 20 yaşlarında olan qız özünü 9-cu mərtəbədən atıb və hadisə yerindəcə keçinib.
Hazırda polis əməkdaşları hadisə yerindədirlər. Mərhumun şəxsiyyəti müəyyənləşdirilir.