img1396402

Ermənistanda növbəti anti-Rusiya isterikası baş qaldırıb. Sən demə, Moskva 4 günlük müharibədə onları müdafiə etməli, ruslar ermənilərin əvəzinə vuruşmalı imiş. “Niyə Moskva öz müttəfiqinin düşməni Azərbaycana silah satır” kimi ənənəvi demaqogiya da öz yerində.

Hətta bir erməni şərhçisi Gümrüdəki Rusiya həbi bazasında saxlanan “yüksək texnologiyalı silahların” susmasına etiraz edərək yazıb ki, İrəvanın Avrasiya Birliyi və KTMT-də üzvlüyünü dondurmaq zamanıdır. Bir başqa “müdrik” erməni təklif edir ki, Rusiya silahlarından imtina edib Qərbdən, başqa dövlətlərdən silah almaq barədə düşünmək gərəkdir.

Ancaq bu bədbəxtlərə sual verən yoxdur ki, axı, acından ölən ölkə müasir silahları nəylə, hansı pulla alacaq? O, Rusiyadır ki, forpostu olduğu Ermənistana öz maraqları naminə yenə ucuz qiymətə, bəzən də havayı silah-sursat ötürür, kağız üzərində olan erməni dövlətçiliyinin qarantı rolundadır. Məgər bunu anlamayan varmı ki, Rusiyasız Ermənistan adlı süni dövlətin varlığı dərhal sual altına düşəcək? Başqa yandan Bakı hərbi texnikanı bəyəm təkcə Rusiyadanmı alır?

Ən qəribəsi odur ki, son hərbi eskalasiya zamanı Rusiyanın demək olar, bütün KİV-ləri işğalçı ölkənin tərəfini tutub, təcavüzkarın mövqeyini müdafiə və təbliğ edib. Amma görünür, bu da nankor erməniləri qane etməyib. Onlar Moskvadan daha çox şey istəyir, tələb edirlər…

Rusiyadan qopmaq, rus hərbi bazalarını Ermənistan ərazisindən çıxarmaq kimi bənzər çağırışlar ötən ilin yanvarında, Gümrü bazası hərbçisinin bir erməni ailəsini güllələməsindən sonra da gündəmə gəlmişdi. O zaman rusiyalı tanınmış ekspertlərdən biri belə bir sərrast ifadə işlətmişdi ki, “ermənilərin ruslardan gileylənməyə haqqı çatmır, çünki Ermənistan adlı dövlət yalnız Rusiya hesabına mövcuddur”.

Bu, gerçəkdən də belədir. Yaxın tarixdən azca xəbərdar olanlar bilir ki, köçəri ermənilər üçün Güney Qafqazda müttəfiq respublika yaradıb onun ərazisini türk torpaqları hesabına genişləndirən, daha sonra isə onu “müstəqil dövlətə” çevirən Kremldir. Bu da yalnız bir məqsədlə edilib – tarixən satqın və nankor olan, türkə patoloji ədavəti bitməyən ermənilərdən Türkiyə və Azərbaycana qarşı Domokl qılıncı kimi istifadə edə bilsin, böyük Turan birliyini əngəlləsin.

Ermənilər heç cür anlamaq istəmirlər ki, Ermənistan adlı qondarma dövlət Moskvaya məhz bu qiyafədə – maşa rolunda lazımdır. Yoxsa Azərbaycan onun nəzarətindəki əraziləri uzağı, on günə geri alar…

Əfsus ki, son hərbi qarşıdurmanın nəticələri də erməni ictimai şüurunu yaxşıca silkələməyib. Silkələsəydi, onlar düşdükləri vəziyyətə görə günahı Rusiyada, Türkiyədə, Qərbdə axtarmaz, nə qədər gec deyil, həmsərhəd olmayan Rusiya ilə yox, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə anlaşardılar. Heç olmasa, bir toplum kimi bölgədə öz varlıqlarını qorumaq naminə.

Başa düşərdilər ki, yaxın və yaxşı qonşu uzaq və böyük müttəfiqdən həmişə əfsərdir. Anlayardılar ki, o zaman xaricdən bahalı silah-sursata almağa lüzum qalmaz, çünki Güney Qafqaz ölkələri, üstəgəl Türkiyə sərhədləri o halda Avropa Birliyi ölkələri kimi vizasız sərhədlərə çevriləcək, erməni xalqı nəhayət, rifaha qovuşacaq.

Yəni bu rifah işğalçılıq siyasətini davam etdirmək naminə Rusiya ilə hərbi-siyasi ittifaqda yox, bu ittifaqdan təcili qurtulmaqdadır, qonşularla dinc-yanaşı yaşamağa hesablanan siyasi kurs yürütməkdədir. Moskva ermənilərə, bölgəyə rifah gətirsəydi, SSRİ-nin dağılmasından ötən 25 ildə gətirərdi də.

4 günlük savaşın əsas dərsləri budur. Qalır onları mənimsəmək. Erməniləri deyirik…

Загрузка...