Müğənni Rəqsanə İsmayılova Şəmistan Əlizamanlının “İgid əsgər, möhkəm dayan!” mahnısını ifa edib.
Musavat.com xəbər verir ki, müğənni jurnalistlərə açıqlamasında bildirib ki, ordumuzun igid əsgərlərinə mənəvi dəstək olmaq üçün onlara mahnı həsr edib: “İgid əsgər, möhkəm dayan!” mahnısını şəhidlərimizin əziz ruhuna ithaf edirəm. Tezliklə bu mahnını Qarabağda səsləndirəcəyim günə çox ümidliyəm. Şəhid olan əsgərlərimizin ruhunun qarşısında baş əyirəm, Allah valideynlərinə səbr versin. Mənim bir ana, vətəndaş kimi ürəyim ağrıyır. 12 can, 12 şəhid vermişik”.
Rəqsanə müharibədə iştirak etməyə belə hazır olduğunu açıqlayıb: “Hər birimiz bu millətin övladıyıq, müharibəyə mən də gedərəm. Vətənim uğrunda döyüşüb, canımdan da keçməyə hazıram. Ali baş komandanımızın əmrini gözləyirik”.