Sənətçi ərinin həbsindən sonra ik dəfə üzə çıxdı.
Həyat yoldaşı, iş adamı Rza Zərrabın Amerikada həbsindən sonra müğənni Ebru Gündeş ilk dəfə üzə çıxıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşının həbsinə baxmayaraq müğənni bu ay verəcəyi konsertləri ləğv etməmə qərarı alıb. E.Gündeş səhnə çalışmalarına fasilə verməyəcəyini bildirərək, aprel ayı boyunca Kıbrıs, İstanbul, İzmir və Antalyada doqquz konsert verəcəyini açıqlayıb.
Konsertlə bağlı sazişlərin daha öncə bağlandığını və onları ləğv etmənin mümkün olmayacağını deyən E.Gündeş “sənətim hər şeyin üstündədir. Doqquz konsertimi də ləğv etməyəcəm” deyib. Müğəni konsertlərinə görə ərinin 4 apreldə Mayamidə keçiriləcək ilk məhkəmə iclasına isə qatılmayacaq.
Dünənsə E.Gündeş ABŞ səfəri sonrası ilk dəfə Antalyada fotoqrafların obyektinə tuş gəldi. Antalyanın Belek bölgəsindəki Sueno Hoteldə keçirilən bir tədbir çərçivəsində konsert verəcək müğənni şəhərə ərinin TC-RZA ismini daşıyan özəl təyyarəsi ilə gəlib. Gün eynəyi taxan, idman stilindəki geyimi ilə diqqət çəkən E.Gündeş jurnalistlərin bütün suallarını cavabsız qoyub. Jurnalistlərə “iyi çalışmalar” deyən sənətçinin gülərək onlardan uzaqlaşması isə diqqət çəkib.