1459327995_asli-arda-evlilik5_640 (1)

“Barselona” klubunun futbolçusu Arda Turanın sevgilisi Aslıhan Doğanla ayrıldığı haqda xəbərlər yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, məşhur cütlüyün ayrılmasına səbəb kimi Ardanın Aslıhanın şəxsi fotoları çox paylaşması göstərilir. Bildirilir ki, Aslıhanın Ardanın anası ilə olan fotosunu paylaşması futbolçunu əsəbləşdirib.

Ardaya yaxın insanların verdiyi məlumata görə, cütlük 20 gündür ayrı yaşayır. Arda Turan Aslıhanla olan fotolarını sosial şəbəkədən silib. Aslıhan isə Instagram hesabını bağlayıb.

Cütlüyün ayrılmaq səbəblərindən biri kimi də Aslıhanın Ardanı evliliyə təhrik etməsi göstərilir.

 

loading...