Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb.
Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub.
Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər.
Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.
Qeyd: Elnur Məmmədlinin DTX-də vəzifəyə gətirilməsi ilə bağlı məlumat AzNews.az-a bir müddət əvvəl daxil olmuşdu. Lakin E.Məmmədli saytımıza açıqlamasında xəbəri təkzib etmişdi: “Yalan məlumatdır. Mən heç bir yerə təyinat almamışam. Bu xəbəri sizə kim verib? Düzü mənim özümə də maraqlı gəldi”.