1457508835_azad_rehimov-2014

Azərbaycanın 2016 Formula 1 Avropa Qran Prisinin bilet satışından 3-4 milyon manat arası gəlir əldə etməsi gözlənilir.

Trend-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Formula 1 üçün 30 min bilet satışa çıxarılıb: “Bilet satışına fevralın 19-dan etibarən internet vasitəsilə start verilib. Satış həm internet, həm də kassa satışı ilə həyata keçirilir. Satışlar davam edir və işlər tam qaydasında gedir”.

Nazir vurğulayıb ki, bilet satışı üçün heç bir məhdudiyyət qoyulmayıb: “Yəni, xaricdən və yerli vətəndaşlar yarış üçün istədikləri qədər bilet ala bilərlər”.

loading...