Загрузка...

terroravtomata

Türkiyənin Mardin şəhərində PKK-lı terrorçular polis binasına bitişik yataqxanaya hücum ediblər. 
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular hücum zamanı bomba yüklü maşın, minaatan və uzun lüləli silahlardan istifadə edib. Terror aktı nəticəsində 2 polis şəhid olub, aralarında polis və mülki vətəndaşlar olmaqla 14 nəfər yaralanıb. Şiddətli partlayış nəticəsində polis binası və yataqxanada yanğın baş verib. Polislərlə terrorçular arasında atışma başlayıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürmə maşınları cəlb edilib.




11:56
***

Mardin valiliyindən verilən məlumata görə, səhər saatlarında baş verən bomba yüklü maşınla təşkil edilən hücum nəticəsində 2 polis şəhid olub. 2 nəfər mülki vətəndaş olmaqla polis və polis ailələrindən 35 nəfər yaralanıb. Yaralılardan 4-ünün vəziyyətinin ağır olduğu və hazırda əməliyyatda olduğu bildirilir.