Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Virtualaz.org-un Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğının kəşfiyyatı zamanı Musayeva Nazlı Həsən qızının yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğndan mühafizə edilib.
Yanğın saat 03:40-da söndürülüb.