Nepal dağlarında təyyarə yoxa çıxıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, “Tara Airlines” avia şirkətinə məxsus təyyarə ilə əlaqə artıq bir neçə saatdır ki, kəsilib. “Twin Otter” təyyarəsinin göyərtəsində 3 heyət üzvü və 18 sərnişin olmaqla ümumilikdə 21 nəfər olub. Onların arasında Çin və Küveyt vətəndaşı da var.
Görüntünün zəif olmasına görə təyyarənin dağlarda qəzaya uğradığı ehtimal olunur. Təyyarənin axtarışına helikopterlər cəlb olunub. Lakin hava şəraitinin pis olması onların işini əngəlləyir.
Məlumat üçün bildirək ki, təyyarə Nepalda Ponkaradan Comsom şəhərinə uçurmuş. Şəhərlər arasındakı 50 km məsafəni təyyarə cədvəl üzrə 18 dəqiqəyə getməli olub.