Bu gün saat 10:20 radələrində Bakının Nizami rayonunda avtobus qəzasə baş verib.
Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə 36 saylı marşrut üzlər işləyən 90 HS 692 dövlət qeydiyyat nişanlı, “Deawoo” markalı avtobus Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq səkidə dayanmış piyadanı vurub. Bundan sonra avtobus yolayrıcındakı işıqfora çırpılıb, daha sonra isə hərəkətdə olan “Nissan” markalı minik avtomobilini vurub.
Piyada hadisə yerindəcə keçinib. Bir neçə sərnişin isə xəsarət alıb.
Avtobusun sürücüsü hadisəni törətdikdən sonra qaçıb.