Загрузка...

erkan-tan-akademisyenlere-ates-puskurdu-0t9ax3b

Türkiyənin `A Haber` telekanalının aparıcısı canlı efirdə Ankaradakı partlayışın qarşısını ala bilmədiyi üçün Ərdoğan hakimiyyətini tənqid edən tamaşaçılarına qarşı xoşagəlməz hərəkət edib.

Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata görə, `A haber` telekanalının aparıcısı Erkan Tan canlı efirdə hökuməti tənqid edən tamaşaçıların üzünə tüpürüb.

Aparıcının bu çıxışı Türkiyədə böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri aparıcının tamaşaçılardan üzr istəməsini tələb edirlər.

Qeyd edək ki, Erkan Tan Türkiyənin tanınmış jurnalistlərindəndir.