royacccc

“Çudo Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarı ilə şirkətin keçmiş sahiblərinə qaytarılıb.

AzNews.az verir ki, bu barədə əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov sosial şəbəkədə yazıb. Bildirib ki, “Çudo Peçka”nın idarəçiliyi artıq atası Çingiz Cəlilova məxsusdur:

“Son beş ildə “Bakery Operating Company” MMC-nin idarəçiliyinə verilmiş “Çudo-Peçka” mağazalar şəbəkəsi məhkəmə qərarına əsasən 15.02.2016-cı ildə şirkətin qanuni təsisçilərinə qaytarıldı.

“Çudo-Peçka” mağazalar şəbəkəsində “Bakery Operating Company” MMC-nin və direktor Azad Abdullayevin qaranlıq işləri səlahiyyətli şəxslər tərəfindən araşdırılmağa başlanılıb. Nəticələr barədə məlumat veriləcək”.

Məlumat üçün bildirək ki, “Çudo Peçka” Çingiz Cəlilovdan “Bank Standart”a olan borcuna görə bankın iddiası ilə alınmışdı. Bankın səhmlələrinin böyük hissəsinin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğu bildirilir.

Onu da bildirək ki, Anar Cəlilov Röya Ayxanla 2008-ci ildə ailə həyatı qurub. 6 illik bərabərlikdən sonra cütlük 2014-cü ildə boşanıb.