Снимок

Fevralın 11-də “Günəşli” yatağında baş vermiş partlayışda itkin düşən neftçilərin ailələri Prezident Administrasiyasına üz tutublar.

Onlar axtarışın aparılmadığını bildiriblər. Qəbuldan ailələri Neft Şirkətinə yönləndiriblər. Onları Rövnəq Abdullayevin qarşılayacağını deyiblər.

SOCAR prezidentinin qəbuluna gələn ailələri isə vitse-prezident Xaliq Məmmədov qəbul edib.

İtkin düşən neftçilərin ailələri narazı halda SOCAR-ı tərk ediblər.

Meydan.TV