FaktXəbər-in verdiyi məlumata görə, Türkiyədə “Yeni Şafak” və “Yeni Akit” qəzetlərinin ofislərinə silahlı və “Molotov kokteylli” basqın olub.
Basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər “Yeni Şafak” qəzetinin binası önünə gedərək, əllərindəki “Molotov kokteylləri”ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda “Yeni Akit” qəzetinin binasına da “Molotov kokteyli” atılıb, ofis atəşə tutulub. Hadisə ilə bağlı polis araşdırma aparır.
Baş verən olayın görüntülərini təqdim edirik: