1455170604_ajaklqaaahdff

Türkiyənin tanınmış aktyoru Burak Özçivit və aktrisa Aslı Enver “Kardeşim benim” filminin qala gecəsində iştirak ediblər.

BAKU.WS məlumat verir ki, qala gecəsi ötən gün Nizami Kino Mərkəzində baş tutub. Təqdimata Murad Boz qatılmayıb. Müğənni işlərinin çox olması səbəbindən mərasimdə iştirak edə bilməyib.

Aktyorlar mərasimə qatıldığı an böyük izdiham yaşanıb. Jurnlasitlərin suallarını cavablandıran sənətçilər Bakını bəyəndiklərini bildiriblər.

Qeyd edək ki, “Kardeşim benim” filmininin baş rollarında Burak Özçivit, Asılı Enver və Murad Boz çəkilib.