Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.
Virtualaz.org saytı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin vaxtdan bəri yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.
“Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb”.
Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğlnla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.