Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvadora səfəri qalmaqalla yekunlaşıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı xoşagəlməz hadisə baş verib.
Zalda əyləşən bir neçə qadın gözlənilmədən prezidentin istefasını tələb ediblər. Prezidentin mühafizəçiləri isə qadınlara qarşı güc tətbiq edərək bayıra çıxarıblar.
Hadisədən sonra Türkiyənin Ekvadordakı səfiri Korkut Güngen bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Səfiri qəbul edən Xarici İşlər nazirinin müavini Fernando Yepez Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ekvador Universitetindəki çıxışı zamanı baş verən xoşagəlməz hadisələrə görə üzr istəyib.