1454929343_img_9907

Rusiyada azərbaycanlı şəxs şirkət direktorunu öldürməkdə şübhəli bilinib.

BAKU.WS-in məlumatına görə, Tulada fevralın 6-na keçən gecə “Aida” kafesində “Balqa” şirkətinin direktoru Oleq Buyanov qətlə yetirilib. Şahidlərin sözlərinə görə, şirkət rəhbəri tanışı Azərbaycan respublikasının vətəndaşı tərəfindən öldürülüb.

Məlumata görə, Oleq azərbaycanlı ilə kiçik məbləğdə köhnə borca görə mübahisə edib. Dava zamanı azərbaycanlı sabiq idmançı Oleqə ölümcül xəsarət yetirib. Zərərçəkən hadisə yerindəcə dünyasını dəyişib. Rusiya Federasiyası hüquq mühafizə orqanları da hadisə ilə bağlı məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, faktla bağlı “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi açılıb.