Загрузка...

img2002762

Moskvada 30-a yaxın silahlı çeçen ofis binasına hücum edərək kütləvi qətl törətmək istəyib.

Axar.az xəbər verir ki, hadisə fevralın 3-də səhər saatlarında Moskvanın Boqorodsk rayonunda baş verib.

Məlumata görə, əllərində silah və armaturlar olan 30-a yaxın çeçen Andreyevo-Zabelinskaya küçəsinə gələrək buradakı 2 mərtəbəli ofis binasına hücum ediblər.

Hadisə nəticəsində yaralanan 10 nəfərdən 3-ü xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Şahidlər baş verən hadisənin hərbi əməliyyatları xatırlatdığını deyiblər.

Artıq hadisə ilə əlaqədar cinayət işi açılıb və 11 çeçen saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.