Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, ölkəmizin xalq artisti Polad Bülbüloğlu doğum gününü ailəsi ilə birikdə qeyd edib.
AzVision.az – ın məlumatına görə, xalq artisti doğum günündə ailəsi ilə birlikdə çəkilmiş “selfie”ni də sosial şəbəkədəki səhifəsində sevənləri ilə paylaşıb.
Şəklin aşağısına isə bunları qeyd edib: “Bu da ad günü selfisi. Təbriklərə görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olub.