Azərbaycanın boksçusu Fariz Məmmədov ölkənin peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.
Qol.Az-ın xəbərinə görə, rəqib Uqanda təmsilçisi Badru Lusambia olub.
F.Məmmədov bu döyüşdə inamlı qələbə qazanıb. O, 8-ci raundda rəqibini nakauta salaraq WBF (World Boxing Federation) və WBCA versiyaları üzrə dünya çempionu olub.
Bu döyüşlə F.Məmmədov karyerasını başa vurub.