Загрузка...

neft_maqnati

Azərbaycan əsilli rusiyalı biznesmen Vahid Ələkbərov Latviya, Litva və Polşadakı 230 yanacaqdoldurma məntəqəsini Avstraliyanın AMİC şirkətinə satıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vahid Ələkbərov bu ölkələrdə güclü antiRusiya əhval-ruhiyyəsi olduğu üçün bu addımı atdığını deyib.

Lukoyl-un nəzarətində olan LUKOİL Europe Holdings və Avstraliyanın AMİC Energy Managment GmbH şirkətləri 230 yanacaqdoldurma məntəqəsinin satışı barədə müqaviləni artıq imzalayıb.

2016-cı ilin ikinci yarısından başlayaraq həmin obyektlər yeni sahibinin balansına keçəcək.

“Biznesə maneələr yarandı, pul itirməyə başladıq və özümüzə qarşı mənfi münasibət hiss etdik”- deyə Vahid Ələkbərov deyib.

Ötən il Lukoyl Çexiya, Slovakiya və Ukraynadakı yanacaqdoldurma məntəqələrini də satmışdı.