1454668878_12183827_1652170965051664_1322727628756846933_o

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Mirzəyev İmran ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, İmran Mirzəyevin Türkiyənin Bursa şəərində yaşadığı məlum olub. Şəhid olmuş əsgər 54 gün sonra tərxis olacaqdı. Bursanın Mustafakemalpaşa rayonunun Kumkadı məhəlləsində yaşadığı öyrənilən Mirzəyev bu barədə öz şəxsi Facebook səhifəsində də yazıb.

Mustafakemalpaşa rayonunda yaşayan və məktəbi orada oxuyan Mirzəyevin şəhid olduğu xəbəri Bursadakı sinif yoldaşlarını göz yaşlarına boğub. Əsgər İmran Mirzəyev Yevlax şəhərində dəfn edilib.

Şəhidin qız dostlarından biri İmran haqqında yazı paylaşıb. Qız son mesajına cavab verə bilmədiyi üçün İmrandan üzr istəyib. Bu mesaj əsgərin yaxınlarını kədərləndirib.

 

Xatırladaq ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib.

Загрузка...