1454671857_12665804_954276717941935_1545559481_n

Tanınmış müğənni Afaq Aslan BAKU.WS saytının suallarını cavablandırıb.

Müğənninin verdiyi müsahibəni təqdim edirik:

– Afaq Aslan kimdir? Özünüz haqda bir-iki kəlmə…

– Afaq Aslan ixtisasca ali təhsilli memardır. Amma uşaqlıqdan musiqi ilə məşğulam. 4-5 yaşlarından musiqiyə maraq göstərməyə başlamışam. Musiqini çox sevirəm. Hazırda da professional səhnədəyəm. Artıq 5 ildir fəaliyyət göstərirəm.

– Şou-biznesdə özünüzə kimi rəqib görürsünüz?

– Mən belə hesab edirəm ki, şou-biznesdə hərənin öz yeri var. Kimsəyə rəqib deyiləm, mənə də rəqib olan yoxdur.

– Afaq Aslan kişilərin xəyalındakı qadındır?

– Bəli… Bir çox kişilər tərəfindən arzu olunan xanımam. Dəfələrlə özümə deyənlər də olub. Deyirlər ki, çox istəyərdik sizin kimi sevgilimiz olsun. Bir sözlə tez-tez kişilərdən etiraflar eşidirəm.

– Erotik filmdən təklif gəlsə, çəkilərsiniz?

– Mənə belə bir təklif gəlib əslində, qəbul etməmişəm. Baxmayaraq olduqca cazibədar qadınam, amma özümü o obrazda görmürəm.

– Əgər bir gün çəkilmək istəsəniz, özünüzə tərəf müqabili kimi kimi görürsünüz?

– Burak Özciviti. Onunla çəkilmək istərdim.

– Məşhur olmaq üçün nələrisə qurban vermisiniz?

– Düşünmürəm ki, məşhur olmaq üçün nəyisə qurban vermək vacibdir, sadəcə ağılnan hərəkət etmək lazımdır.

– Afaq Aslan kompleksli insandır?

– Bəli. İnsanlar cəsarətli fotolarımı görür və elə düşünürlər ki, kompleksiz insanam. Amma elə deyil. Mən çox utancaq insanam. Misal üçün, adi istirahətə gedəndə sevmirəm insanların çox olduğu yerə getməyi, orada oturmağı. Özümü rahat hiss etmirəm. Daha çox qapalı məkanlara gedirəm, insanların çox olduğu yerlərdən qaçıram. Elə bilirəm, hamı mənə baxır.

– Qadın kimi özünüzü xoşbəxt hesab edirsiniz?

– Təbii ki… Qadın kimi özümü çox xoşbəxt hiss edirəm. Məni sevən ailəm, dostlarım var…

– Bəs sevgili?

– Hazırda həyatımda heç kim yoxdur…

– Bir kişi Afaq Aslanı necə xoşbəxt edə bilər?

– Mən daha çox sürprizləri sevirəm. Sevdiyim bir şeyi gözləmədiyim anda mənim üçün etsin. Bu məni çox xoşbəxt edər.

– Sizə varlı kişilərdən təkliflər gəlir?

– Çox. Həddindən artıq belə təkliflər olur. Hətta elə olur ki, seçim qarşısında qalıram, amma heç birini seçmirəm. Çünki, fikirlərim çox qarışıq olur.

– Sizin kimi ideal bədən quruluşuna sahib olmaq üçün qadınlar nələri etməlidirlər? Nə tövsiyə edərdiniz?

– İnsanın özünün bədən quruluşundan çox şey asılıdır. Məsələn, mən heç vaxt kök olmamışam. Bir müsbətim də odur ki, boyum hündür olub, atama oxşamışam o cəhətdən. Qaldı ki, qadınlara tövsiyəmə hər zaman baxımlı olsunlar. Gözəl olmaqları ilə kifayətlənməsinlər. O gözəlliyi qoruyub saxlasınlar. Hər zaman təravətli qalsınlar. Misal üçün, mən mütəmadi olaraq idmanla məşğul oluram. Sahib olduğum bədən formamı qorumağa çalışıram.

– Afaq xanım ideal bədən quruluşunu nəyə borcludur? Əlavə estetik müdaxilələr olub?

– Valideynlərimə. Heç bir estetik müdaxilə yoxdur. Əvvəldən necədirsə bədənim, elədir. Estetik yalnız üzümdə olub. O da yalnız burnumla dodağımda əməliyyat keçirmişəm. Dodağımda gel var idi, onu çıxartdırdım, burnumun da uc hissəsindən əməliyyat keçirmişəm. Ümumiyyətlə mən bədən quruluşumu çox sevirəm. Düşünürəm, bütün qadınlar bədənini sevməli, onu nümayiş etdirməkdən çəkinməməlidir.

– Afaq Aslanın arzuladığı kişi obrazı hansıdır?

– Hündürboy, yaraşıqlı. Sözün əsil mənasında kişiyə xas olan bütün xüsusiyyətlərə sahib olmalıdır. Ən əsası əliaçıq olmalıdır, jest etməyi bacarmalıdır. Xanımlara qarşı çox nəzakətli, qayğıkeş, diqqətli olmalıdır.

– İnstaqramda bildiyiniz kimi məşhurların paylaşımlarına xoşagəlməz rəylər yazırlar. Buna görə bir neçə müğənnimiz qalmaqal yaşamışdı. Sizin də paylaşımlarınıza elə rəylər yazılır? Belə olan halda hansı addımları atırsınız?

– Açığı deyim ki, mənim paylaşımlarıma elə rəyləri daha çox qadınlar yazır. Bu da qısqanclıqdan, paxıllıqdan irəli gəlir. Təbii ki, cavab vermirəm. Xoşuma gəlmədisərəyi blok etməklə kifayətlənirəm.

loading...