İspaniya kubokunda yarımfinal mərhələsinin oyunlarına start verilib.
Qol.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Barselona” doğma meydanda “Valensiya”nı qəbul edib. Matç Kataloniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. “Barselona”nın qollarından 3-cü Lionel Messi, 4-nü isə Luis Suares vurub.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu – “Selta Viqo” – “Sevilya” matçı bu axşam keçiriləcək.
“Barselona” – “Valensiya” – 7:0
Qollar: Suares, 7 (1:0), 12 (2:0), Messi, 29 (3:0), 59 (4:0), 74 (5:0), Suares, 83 (6:0), 88 (7:0)