Azərbaycan Silahlı Qüvvələrinin erməni silahlı bölmələrinin Dağlıq Qarabağda yerləşən mövqelərinə zərbələr endirməsinin video görüntüsü yayılıb.
APA-nın məlumatına görə, görüntüdən aydın olur ki, Azərbaycan Silahlı Qüvvələrinin minaatanlardan və digər iri çaplı silahlardan erməni mövqelərinə intensiv zərbələri nəticəsində düşmənin sığınacaqları, hərbi texnikası və canlı qüvvəsi məhv edilib.