Ölkə başçısı İlham Əliyev Azərbaycan Prezidentinə iqtisadi islahatlar üzrə köməkçi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.
Modern.az saytının məlumatına görə, Natiq Əmirov bu təyinatadək vergilər nazirinin 1-ci müavini postunu tuturdu.
Əmirov Natiq Ərziman oğlu 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.
1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib.
1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsinə irəli çəkilib.
2000-2001 Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini
2001-2003 – Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini
2003-2005 – Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi
Azərbaycan Respublikası Prezidentinin 16 avqust, 2005-ci il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin I müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.