YUĞ teatrının sabiq aktyoru Emil Məlik Yaşar Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimova qarşı ağır ittihamlar səsləndirib.
O, həmkarını Elçin Əfəndiyevin Mehriban Ələkbərzadənin quruluşunda olan “Qatil” tamaşasında yaratdığı “Oğlan” obrazında soyunduğuna və qadına məxsus hərəkətlər etməsinə görə tənqid edib.
AzNews.az xəbər verir ki, aktyor bu barədə özünün feysbuk səhifəsində yazıb: “Teatrda özünə “aktyor” deyən biri var, adını çəkə də bilərəm. Amma bununla onu reklam etmiş olaram. Bilənlər bilir, o, “aktyor” “Azdrama”da “Qatil” tamaşasında soyunaraq rol alıb. Söhbət “kişi” cinsinin nümayəndəsindən gedir. Bu “insan” anlamır ki, mərhum Vaqif İbrahimoğlu olmasaydı o, heç kim idi. İndi də onun əziyyətini danaraq “mən bu sənətə özüm gəlmişəm, dayağım olmayıb” deməklə olmur. Səni yaxından tanıyanlar kim olduğunu bilir”.
Aktyorun fikrincə, səhnədə soyunub rol oynamaqla aktyor olunmur: “Çoxları onsuz da səhnədə soyunub və bununla “mən istedadlıyam” deyib bu sənəti gözdən salırlar. Ay “insan”, istedad soyunmaqla ölçülmür. Həm də kişi cinsinin nümayəndəsi üçün kütlə qarşısında soyunmaq heç yaraşan iş deyil. Necə ki, bunu sən edirsən və bununla da fəxr edirsən. Əsl kişi arvad kimi hərəkətlər etməz. Səndə nə səs var, nə də səhnə danışığı. Səs və səlist danışığa görə bir vatlar ANS kanalında filmlərin səsləndirilməsi ilə bağlı keçirilmiş kastinqdə seçimdən kəsilib. Sənin sənətdə də, insanlığının üzərində də xeyli məşq etməyə ehtiyacın var”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.