ce3275

Ödənilməmmiş cərimələrə görə maşını əldən vermək istəməyən sürücü yol polisini əzib keçdi.

Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib. DYP əməkdaşları Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi “Hyundai Sonata” markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıb. Məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığı üçün maşını cərimə meydançasına aparmaq istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb. Bunun qarşısını almaq istəyən polis baş serjantı avtoboilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.

Загрузка...