Aksiya iştirakçıları metroya girərkən şalvarlarını soyunublar və alt paltarında qalıblar.
Dünyanın 60 ölkəsində “No Pants Subway Ride” aksiyası keçirilib. Aksiya iştirakçıları metroya girərkən şalvarlarını soyunublar və tumanda qalıblar.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, aksiyanın təşkilatçısı və koordinatoru “Improve Everywhere” qrupudur. “No Pants Subway Ride” aksiyası ilk dəfə 2002-ci ildə Nyu-Yorkda təşkil olunmuşdu. Həmin aksiyaya cəmi 7 nəfər qatılmışdı. Ötən il isə Nyu-Yorkda 4 min nəfər şəhər metrosuna şalvarsız düşmüşdülər.