Müğənni Röya Ayxanın “Kesin bilgi” mahnısı ilə bağlı yeni iddia irəli sürülüb.
Axşam.az-ın məlumatına görə, sosial şəbəkədə mahnının plagiat olduğu ilə bağlı xəbər yayılıb. Belə ki, musiqinin Rumıniyanın tanınmış ifaçısı Mattyasın oxuduğu “Missing you” bəstəsinə bənzədiyi iddia olunur. Mattyasin mahnını 2010-cu ildə oxuyub və ona klip də çəkdirib.
Qeyd edək ki, “Kesin bilgi” mahnısının söz və musiqisi türkiyəli ifaçı Gülşənə məxsusdur. Bəstənin aranjimanını isə Ozan Çolakoğlu edib.