Загрузка...

67514_3l3dv2jd1z

Zaqatala sakini 15 dərəcə şaxtada dağ çayına baş vurub.

Report.az  xəbər verir ki, 47 yaşlı Bayram suya girməzdən əvvəl qar vannası qəbul edib. Soyuq suda çimmək çoxlarının bağban kimi tanıdığı Bayramın hobbisidir. O bu işi uşaqlıqdan etdiyini bildirib.

Bu şəxs qış aylarında isti üst geyimlərindən də istifadə etmədiyini və bu fəsli idman köynəyində keçirdiyini qeyd edib. Bayram həm də, “Ginnesin Rekordlar Kitabı”na düşmək arzusunda olduğunu dilə gətirib.