Balakən şəhərində partlayış baş verən zavodun görüntüləri yayılıb. “Report” həmin görüntüləri təqdim edir.
Qeyd edək ki, bu gün 10:30-da “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisindəki qazanxanada partlayış baş verib. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 2 nəfər isə müxtəlif xəsarətlərlə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Orada işləyən Qullar kənd sakini, 26 yaşlı Elçin Əliyev hadisə yerində keçinib. Digər işçilər – Qullar kənd sakini, 26 yaşlı Novruz Nastakalov və Qazma kənd sakini, 34 yaşlı Anar Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
http://s020.radikal.ru/i704/1601/06/b4631ceeb2a9.jpg
http://s017.radikal.ru/i427/1601/25/2e9422b84df1.jpg
http://s008.radikal.ru/i306/1601/d9/c167ab63854a.jpg
http://s019.radikal.ru/i639/1601/c7/7089f728bc89.jpg
http://s020.radikal.ru/i714/1601/df/ade84f364bdb.jpg
http://s020.radikal.ru/i717/1601/c5/319f80f9a897.jpg