66964_yp5khxuzea

“O səs Türkiyə”nin birinci mərhələsinin son buraxılışında səhnəyə daha bir azərbaycanlı çıxıb.

Axşam.az-ın məlumatına görə, Ruslan İqnatenko adlı gənc Sianın repertuarından “Titanium” mahnısını səsləndirib. O, ifasıyla Murad Boz və Gökhan-Hakan Özoğuzları özünə tərəf döndürə bilib.

Həmyerlimiz M.Bozu seçərək yarışa onun komandasında davam etməyə qərar verib.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə M.Boz və Özoğuz qardaşlarından başqa müğənnilər Ebru Gündeş və Hadisə də oturur.