123428_res_01

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyinat olub.

Nazirlikdən verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, bu vəzifəyə Məhəbbət Vəliyeva təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər M.Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

Həmçinin, təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

Загрузка...