İran ABŞ-a 4,4 milyon dollar təzminat ödəyəcək.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, təzminatın ödənilməsinə səbəb 1979-cu ildə Tehranda yerləşən ABŞ səfirliyinə basqın nəticəsində 53 nəfər səfirlik işçisinin 444 gün girovda saxlanması olub.
Hər günə görə 10 min manat təzminat hesablanıb. 36 ildən sonra verilən təzminat girov götürülmüş şəxslərə və onların ailələrinə veriləcək.
Məlumat üçün bildirək ki, girov götürülmüş şəxslərdən 37-si yaşayır.
Qeyd edək ki, baş verən hadisədən sonra İran ilə ABŞ münasibətləri tamamilə pozulmuşdu.