O, prezidentin yanına gəlib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Boğaziçi körpüsündə intihar etmək istəyən vətəndaşın həyatını qurtarıb.
Bu barədə Oxu.Az “Milliyyət”ə istinadən xəbər verir.
Məlumata görə, ölkə prezidenti İstanbulda Həzrəti Əli məscində cümə namazını qıldıqdan sonra Beşiktaşdakı Mabeyn iqamətgahına doğru yollanıb. Prezidenti müşayiət edən konvoy Boğaziçi körpüsündə dayanmalı olub.
Bu zaman onun cangüdənləri intihar etmək istəyən bir nəfəri görərərək, ona yaxınlaşıblar.
Ərdoğan oturduğu avtomobilin pəncərisinin şüşəsini aşağı endirərək, həmin adamı yanına çağırıb. O, prezidentin yanına gəlib. Rəcəb Tayyib Ərdoğanın əlini öpərək, prezidentə problemini danışıb.
Bundan sonra prezidentin müşaviri Mustafa Varank onu Mabeyn iqamətgahına aparıb.