Загрузка...

images_ilham_aliyev_sarkisyan

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.