Dekabrın 13-ü saat 23:30 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində ağır yol qəzası baş verib.
Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Ayaz Abbasovun idarə etdiyi «VAZ 2107» və Tovuz rayon sakini 1984-cü il təvəllüdlü Amin Əliyevin idarə etdiyi «Opel Frontera» markalı avtomobillər toqquşub. Nəticədə, A.Abbasov və oğlu 2011-ci il təvəllüdlü Toğrul 3 saylı xəstəxanaya yerləşdirilib. Digər oğlu 2013-cü il təvəllüdlü Ramal isə xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.