AparatrehberininmuaviniI.M

“Nazirlikdəki işimdən öz istəyimlə ayrılmışam”

Bunu AzVision.az-a açıqlamasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin sabiq müavini İlham Mərdanov deyib.

O, nazirlikdə ciddi kadr dəyişikliyinin aparıldığını bildirib: “Nazirlikdə son vaxtlar ciddi dəyişikliklər baş verir. Yeni rəhbərlik ixtisarlara başlayıb. İş mühiti məni qane etmədiyi üçün öz istəyimlə ərizə yazıb, işdən ayrıldım. Sözsüz ki, məni işdən çıxaracaqdılar. Hətta rəhbərlikdən demişdilər ki, işə gəlməsin. Artıq birinci gündən işə getmirəm. Hələki, əmrim verilməyib”.

İ.Mərdanovun sözlərinə görə, nazirlikdə ciddi ixtisarlar gözlənilir: “Məndə olan məlumata görə, Aparatın bir çox işçiləri işdən çıxmaqla bağlı ərizə yazıblar. Kadrlar şöbəsi, nazirin köməkçisinə və ümumilikdə aparatın 5 nəfər işçisinə işdən çıxacaqları haqda xəbərdarlıq edilib”.

İ.Mərdanov bundan sonra fəaliyyətini müəllim kimi davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, bundan öncə nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov fəaliyyətində yol verdiyi ciddi qanun pozuntusuna görə işdən çıxarılaraq, barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İlham Mərdanov sabiq təhsil naziri Misir Mərdanovun qardaşıdır.

loading...