1449738112_1449731973_123456

Azərbaycanda avtomobillərin görkəminə dəyişmək qanunsuzluqdur və bununla bağlı yol polisi mübarizəni daha da kəskinləşdirir.

BAKU.WS-in məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Space kanalında bildirib. Onun sözlərinə görə, son vaxtlar belə sürücülərlə mübarizə gücləndirilib. Əgər avtomobili icazəsiz tüninq edən sürücü aşkarlanarsa, onları 150 manat cərimə gözləyir.

Mövzu ətrafında səslənən bir çox suallara cavab verən şöbə rəsinin sözlərinə görə, qanunvericilik avtomobillərin xarici görkəminin dəyişdirilməsini qadağan edir. Avtomobilin markasının tanınmaz hala gətirilməsinə, ümumiyyətlə, icazə verilmir. Avtomobildə dəyişiklik edilirsə, onun istismarına icazə verilməyəcək.

“Bəzən olur ki, maşının bufer hissəsində edilən dəyişilklik avtomobilin zahiri görkəminə təsir etmir. Ancaq maşının ümumilikdə tam formasının dəyişdirilməsinə qanunla icazə verilmir”, – deyə K.Əliyev vurğuladı.

Şöbə rəisi qeyd etdi ki, avtomobil sahibi tüninq etmək istəyirsə, görəcəyi işlər barədə polisə müraciət etməlidir. Sürücü ərizəsində etmək istədiyi dəyişiklikləri qeyd etməlidir. Əgər avtomobilin hansısa detal xarab olubsa və onu yenisilə əvəzləmək mümkün deyilsə, bu zaman sürücü yol polisinə müraciət etməlidir. Maşının detalının dəyişdirilmə istəyinin səbəbini bildirməlidir. Avtomobilin xarici görkəmənin dəyişilməsinə səbəb olmayan dəyişiklik olarsa, bu zaman məsələyə baxıla bilər. Dəyişiklik zamanı maşının markası mütləq bilinməlidir.