İngiltərə Şahzadəsi Harrinin gizli eşq yaşadığı qadının kimliyi üzə çıxıb.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Harri qardaşı Uilyamın həyat yoldaşı Keyt Midltonun kiçik bacısı ilə münasibət qurub. Məlumata görə, onların bu münasibətləri Keytlə Uilyamın toyundan başlayıb və 3 ay əvvəl ortaya çıxıb.
Münasibətdə ilk addımı isə Keytin bacısı Pippa atıb. Bir müddət öncə maliyyəçi sevgilisi Nik Cekson ilə üçillik münasibətdən sonra ayrılıq yaşayan Pippa Harriyə zəng vuraraq onunla görüşmək istəyib-istəməməsilə maraqlanıb. Harri razılaşıb və onu öz evinə çağırıb. Mənbənin verdiyi məlumata görə, kiçik Midlton şahzadənin evinə dar cins şalvar və tam şəffaf kofta ilə gedib. Şam işığındakı yemək gecə 3-ə qədər davam edib. Daha sonra Harrinin sürücüsü Pippanı evə aparıb.
“Pippa görüşdən razı qalıb, o, şahzadənin belə gözəl dinləyici olduğunu bilmirdi”, – deyə mənbə bildirib.
Harri Pippaya ertəsi gün zəng vurub və münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Bir müddət onların sevgisi krallığın digər üzvləri üçün gizli qalıb. Lakin şahzadə Uilyamın evdə onları bir yerdə görməsilə sirrin üstü açılıb.
Bu münasibət kraliça II Yelizavetanın narazılığına səbəb olub. Kraliça hesab edir ki, Bukingem sarayında bir Midlton kifayət edir. Lakin Harri ilə Pippanın münasibətinə Keyt özü daha çox hiddətlənib. O da krallıqda bir Midltonun kifayət etdiyini düşünür.