Motosiklet sürücüsü şəhərin mərkəzi küçələrində təhlükəli şou göstərib.
Bakıda motosiklet sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq təhlükəli şou göstərib. O, şəhərin mərkəzi küçələri ilə hərəkət edərkən motosikleti ayaqüstə sürüb. Avtosfer.az-ın məlumatına görə, motosikletin üzərində olduqca təhlükəli hərəkətlər edən sürücü qəza törətmədən yoluna davam edib. O, Zığ yolunda motosikleti saatda 120 km sürətlə idarə edib.
Həmin görüntüləri təqdim edirik: