ast

Rusiya paytaxtındakı Çerkizov bazarının keçmiş sahibi və AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılov özünün müflis olması barədə Moskva vilayətinin arbitraj məhkəməsinə ərizə ilə müraciət edib.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, məhkəmə Telman İsmayılovun ərizəsinə öz sərvəti ilə bağlı sənədləri əlavə etmədiyinə görə bu məsələnin araşdırılmasını müvəqqəti olaraq, təxirə salıb.

Verilən məlumata görə, Telman İsmayılov məhkəmənin bu barədə iradlarını yerinə yetirdikdən sonra məhkəmə prosesinin 21 dekabr tarixinə təyin olunması ilə bağlı qərar qəbul edilib.