FİFA Dünya Kuboku 2018 – futbol üzrə XXI dünya çempionatına ev sahibliyi edəcək Rusiyada kubokun simasının 32 yaşındakı model və televiziya aparıcısı Viktoriya Lopyreva olacağı iddia olunub.
BAKU.WS-in məlumatına görə, 2003-ci ildə Rusiya gözəli seçilən Lopyreva “Maxim” və “Cosmopolitan” jurnalları, həmçinin “Playboy”a çəkilib. Məşhur model verdiyi pozalarla uzuzn müddət gündəmdə qalmışdı.
Futbol üzrə XXI dünya çempionatı 2018-ci ildə Rusiyada keçiriləcək. Tarixində ilk dəfə futbol üzrə dünya çempionatını qəbul edəcək Rusiyanın 13 şəhəri mundial qarşılaşmalarına ev sahibliyi edəcək. Bunlar Kalininqrad, Sankt-Peterburq, Moskva, Yaroslavl, Nijni Novqorod, Samara, Kazan, Saransk, Volqoqrad, Rostov, Krasnodar, Soçi və Yekaterinburq şəhərləridir.
http://s018.radikal.ru/i503/1512/c5/ba7d6ed69eb9.jpg
http://s019.radikal.ru/i606/1512/43/7e9d3e6ff5b3.jpg
http://s019.radikal.ru/i603/1512/9e/1c734392c1b8.jpg
http://s019.radikal.ru/i624/1512/5d/02fb750041c0.jpg
http://s018.radikal.ru/i514/1512/a3/1a39a535ada0.jpg