Rusiya prezidenti Vladimir Putin bu gün canlı yayımda xaqla ünsiyyəti zamanı Türkiyənin Su-24 bombardmançısını vurmasını növbəti dəfə şərh edib.
Virtualaz.org saytı xəbər verir ki, Putin Türkiyə rəhbərliyinin nədən belə qərar qəbul etdiyi haqda danışarkən deyib: “Allah onların ağlını əllərindən alaraq cəzalandırır”.
“Mən başa düşmürəm ki, onlar nəyə görə bunu elədilər. İstənilən problemi tamamilə ənənəvi şəkildə həll etmək olardı. Biz onlarla ən həssas məsələlərdə belə təmaslara hazır idik. Onlar niyə belə ediblər, bunu ancaq Allah bilir. Görünür, Allah Türkiyənin hakim elitasının ağlını başından alaraq onları cəzalandırmağı qərara alıb”- deyə Putin bildirib.
Prezident əlavə edib ki, Rusiya Türkiyəyə cavab olaraq düşünülmüş və konstruktiv addımlar atacaq.
“Bizdən bütün dünya üçün təhlükəli ola biləcək əsəbi, isterik reaksiyalar gözləməsinlər”-Putin əlavə edib.
“Əgər onlar düşünürlərsə ki belə alçaq cinayət törədib canlarını pomidorla, tikintidə, yaxud hansısa sahədəki işlərin həcmini azaltmaqla qurtaracaqlar, dərindən yanılırlar” – deyə Rusiya prezidenti xəbərdarlıq edib.
Putin daha sonra deyib: “Biz onlara nə elədiklərini hələ çox xatırladacağıq və onlar buna görə hələ çox peşman olacaqlar. Biz nə etmək lazım olduğunu bilirik”.